Ceyranbatanda yanğın baş verib

Total
0
Shares
Envato
Envato

Ceyranbatan qəsəbəsində su anbarının yaxınlığında yanğın qeydə alınıb. Bu haqda Fövqəladə Hallar Nazirliyi 12 avqust, axşam saatlarında məlumat yayıb.

Su anbarının yaxınlığında baş verən yanğın nəticəsində 1 hektar sahədə kol-kos və quru ot yanıb.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Alov tez bir zamanda söndürüldü. Ətrafdakı ağaclara zərər dəyməyib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir