Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Bu haqda 24 iyul tarixində Sumqayıt24 xəbər verir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 25-də güclü şimal-qərb küləyi əsəcək.
Sumqayıt və Novxanı çimərliklərində dəniz suyunun temperaturu 24-25° isti olacaq.
Küləkli hava şəraiti dənizdə yüksək dalğalanma yaradacaq ki, bununla əlaqədar əhalinin çimərliklərdə ehtiyatlı olması tövsiyə olunur.