Corat bağlarında yolsuzluq hökm sürür

Total
0
Shares
Corat bağlarında yolsuzluq hökm sürür
Foto Sumqayıt24

Corat bağlarında sakinlər yolların natamam asfaltlanmasından narazıdırlar. Bu haqda 11 noyabr tarixində Sumqayıt24 xəbər verir.

Şikayətçilər bildirirlər ki, 21A nömrəli avtobusun sonuncu dayanacağı sayılan ərazi keçilməz vəziyyətdədir. Lakin aşağı məhəllədə asfaltlanma işləri həyata keçirilib.

“Yağış yağan kimi burada iri gölməçələr əmələ gəlir. Təcili yardım cağırırıq, gəlmir. Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik, baxan olmayıb. Heç küçənin adı belə yoxdur. Şəhidlərimizdən birinin adını bu küçəyə versələr, yaxşı olar”, – deyə sakinlər söyləyiblər.