Sumqayıtda narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar. Bu barədə APA məlumat yayıb.
Corat qəsəbəsində keçirilən reyd zamanı əvvəllər məhkum olunmuş Mübariz Nəzərov və Elşən Zülfüqarovun üzərindən müxtəlif çəkidə heroin aşkar olunub.
Digər bir əməliyyat nəticəsində İlqar Hacıyev və Aslan Abdullayev tutulub. Onların üzərindən heroin aşkar edilərək maddi sübut kimi götürülüb.
Saxlanılan şəxslər istintaqa cəlb olunublar. Faktlarla bağlı araşdırmalar başlanılıb.