Corat: ərazidə abadlıq-quruculuq işləri aparılır

Total
0
Shares
Envato
Envato

Corat qəsəbəsində abadlıq-quruculuq işləri aparılır. Bu haqda Sumqayıt Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib.

Verilən məlumata əsasən, qəsəbə sakinlərini narahat edən bir sıra mövcud olan problem öz həllini tapıb. İnfrastrukturun yenilənməsi və yollarda yeni asfaltın çəkilməsi istiqəmətində işlər görülür.

Həmçinin, Corat qəbiristanlığının ətrafında abadlıq işləri yekunlaşıb, ərazi tullantılardan təmizlənib.

Daha öncə, 6 avqust Ceyranbatan qəsəbəsində Bakı-Sumqayıt yolunda  asfalt örtüyünün dəyişdirilməsi üzrə işlər aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir