Corat: təhlükə yaradan kanalizasiya lükü təmir edilib

Total
0
Shares
Corat qəsəbəsinin Xanməmməd Məhərrəmoğlu küçəsində yerləşən kanalizasiya quyusunun qapağı bərpa edilib
Foto Sumqayıt24

Corat qəsəbəsinin Xanməmməd Məhərrəmoğlu küçəsində yerləşən kanalizasiya quyusunun qapağı bərpa edilib. Sumqayıt24 bu haqda 14 noyabr tarixində xəbər verir.

Xəbər verdiyimiz kimi, yolun hərəkət hissəsinin ortasında yerləşən quyu 3 aya yaxın müddət ərzində qapaqsız qalıb. Aidiyyəti qurumun işçiləri tərəfindən quyu qapaqla təmin olunub və ətrafı sementlənib.