Lissabon şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatına FHN-in Corat xilasetmə məntəqəsinin rəisi daxili xidmət çavuşu Vüqar Babayev qaliblər arasındadır. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün, 25 oktyabr tarixində məlumat yayıb.
Portuqaliyanın paytaxtında baş tutan yarışın sonuncu günündə Babayev (M-2, 66 kq) çempionatının bürünc medalını qazanıb.
Dünya çempionatında 43 ölkədən 350-dən çox idmançı mübarizədə iştirak edib. Yarışda Azərbaycanı 15 cüdoçu təmsil edib. Cüdo yığması vətənə 8 medalla qayıdıb (1 qızıl, 2 gümüş, 5 bürünc).