Coratda abad məhəllə yaradılır

Total
0
Shares
Corat qəsəbəsində nümunəvi məhəllə yaradılır
Foto Sumqayit-ih.gov.az

Corat qəsəbəsində nümunəvi məhəllə yaradılır. Bu haqda 20 oktyabr tarixində Sumqayıt24 İcra Hakimiyyətinə istinadən məlumat verir.

Hazırda Mehdi Hüseynzadə küçəsində, əvvəllər baxımsız vəziyyətdə olan ərazidə abad məhəllə yaradılır.

Burada su və kanalizasiya xətləri yenilənib. Həmçinin yeni işıqlandırma sistemləri quraşdırılacaq. Sakinlərin istirahəti üçün oturacaqlar qoyulacaq, uşaqlar üçün əyləncə meydançası tikiləcək.

Qeyd edək ki, qəsəbədə abadlıq-quruculuq işləri digər sahələrdə də davam etdirilir. Şəhid Taleh Kərimov küçəsində piyada yolları abadlaşdırılır, səkilərə tamet daşları vurulur. Qəsəbədaxili yollarda asfaltlanma işləri həyata keçirilir.