Corat bağları Göygöl küçəsində asfalt örtüyünün olmaması sakinlərin narazılığına səbəb olub. Bu barədə Baku Tv məlumat yayıb.
Sakinlərin sözlərinə görə, təqribən 200 metr uzunluğu olan küçə bu günə kimi bir dəfə olsada təmir olunmayıb.
Göygöl küçəsində əlilliyi olan 3 nəfər yaşayır. Onlardan birinin valideyni:
“Uşaq 10-cu sinifdə oxuyur. Bu kələ-kötür yolda əlil arabasını mən tək apara bilmirəm. Hər dəfə mənə kimsə kömək edir. Biz sadəcə istəyirik ki, bu yolu təmir etsinlər”.
“İnsanlar normal yolun olmamasından əziyyət çəkir, ən əsasda əlilliyi olanlar”, – sakinlərdən biri qeyd edib.