Sumqayıtın Corat qəsəbəsində Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları yenidən reyd keçirdib. Bu barədə, bu gün 18 avqust tarixində DİN məlumat yayıb.
Corat qəsəbəsində əvvəllər məhkum olunmuş Vüqar Mehtiyev saxlanılıb. Onun üzərində 51 qram, yaşadığı evdən isə 2 kiloqram 30 qram heroin aşkar edilib. Vüqar Mehtiyevin Sumqayıtda və ətraf qəsəbələrdə narkotik maddələrin satışı ilə məşğul olduğu məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb.
Daha öncə, 17 avqust Corat qəsəbəsində 4 narkotacir tutulmuşdur. Onların üzərindən müxtəlif çəkidə heroin aşkar olunub.