Coratda və Novxanı bağlarında yaşayan sakinlər 20:00-dan sonra evlərinə gəlməkdə çətinlik çəkirlər

Total
0
Shares
Envato
Envato

Sumqayıt sakinləri ictimai nəqliyyatda mövcud olan problemlər ilə bağlı Sumqayıt24-ə bir daha müraciət ediblər.

Məlumata görə, Sumqayıtdan Corat qəsəbəsinə gedən sakinlər 20:00-dan sonra heç bir avtobus tapa bilmirlər. Bu səbəbdən evlərinə çatmaq üçün onlar taksi ilə və yaxud da piyada getməli olurlar. Gündəlik olaraq eyni problem ilə Novxanı bağlarının sakinləri də qarşılaşırlar.

Sakinləri narahat edən daha bir problem isə avtobusların arasında olan böyük intervaldır. Onların sözlərinə görə, Corata və adıçəkilən bağlalara gedən avtobuslar 40 dəqiqədən bir, bəzən isə elə olur ki 1 saatdan bir gəlirlər. Bu isə sərnişin sıxlığına gətirib çıxarır.

“Camaat işdən – dərsdən yorğun çıxır, sonrada məcbur qalır ki 1 saat cöldə soyuqda, küləkdə, yağışda avtobus gözləsin. Bunun körpəsi, uşağı, qocası var. Yayda bir dərd, qışda bir”, – oxucu bildirib.