Xəzər dənizinin Corat sahilində iməcilik keçirilib. Sumqayıt24 bu haqda 27 may tarixində DünyaTV-yə istinadən xəbər verir.
28 May – Müstəqillik Gününə həsr olunmuş aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İcra Hakimiyyətinin rəsmiləri, “ASAN” könüllüləri, MKTİB-nin nümayəndələri və şəhər ictimaiyyəti iştirak ediblər.
İməcilik iştirakçıları ərazini bərk məişət və digər növ tullantılardan təmizləyiblər.