Cüdoçularımız 2 qızıl, 4 gümüş medala sahib olublar

Total
0
Shares
Sumqayıt idmançıları beynəlxalq uğur qazanıblar
Foto Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi

Sumqayıt idmançıları beynəlxalq uğur qazanıblar. Sumqayıt24 bu haqda 17 noyabr tarixində Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

Türkiyənin Ədirnə şəhərində cüdo üzrə beynəlxalq turnir keçirilib. İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin idmançıları 2 qızıl, 4 gümüş medal əldə ediblər. Ümumi nəticəyə əsasən isə məktəbin komandası bürünc medala layiq görülüb.

İdmançıların məşqçiləri Yengibar Əliyev, Zaur Rəcəbli, Mail Hümbətov, Pərviz Baratov və Şəhanə Hüseynovadır.