Sumqayıt idman məktəbinin yetirməsi cüdo üzrə turnirdə yüksək nəticə əldə edib. Bu haqda 16 mart tarixində Sumqayıt24 Təhsil Respublika İdman Mərkəzinə istinadən xəbər verir.
Yeniyetmələr arasında təşkil olunan Avropa Kuboku Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilib. Yığma komandanın tərkibində çıxış edən 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin (İOEUGŞM) yetirməsi Həsən Həsənli (55 kq) turnirdə 3-cü yeri tutaraq bürünc medala sahib olub.
Qeyd edək ki, oğlan yeniyetmələrdən ibarət yığmamız yarışda oğlanların mübarizəsində medal əyarına görə birinci yerə çıxıb. Ümumilikdə turnirdə 3 qızıl, 1 gümüş, 4 bürünc medal qazanılıb.