Dünyada ilkə imza atan sumqayıtlı gənc Xaliq İskəndərov

Total
0
Shares
Foto açıq mənbələrdən
Foto açıq mənbələrdən

Bu səfər, ABŞ-da yaşayan və dünyada bir ilkə imza atan sumqayıtlı gənc haqda yazırıq. Söhbət, 1982-ci ildə Sumqayıtda dünyaya gəlmiş, 5-ci sinifə qədər şəhər Təbiət Elmləri Təmayüllü Liseydə, daha sonra isə Özəl Türk Liseyində oxuyan Xaliq İskəndərovdan gedir.

Xaliq tələbə kimi 1 il Ankarada, filologiya fakultəsində, sonra isə İstanbulda yerləşən universitetlərdən birində oxuyur. Lakin, bununla da kifayətlənməyən həmşəhərlimiz 2000-ci ildə Nyu-York Dövlət Universitetinin Beynəlxalq əlaqələr fakültəsinə qəbul olur və ali təhsilini orada başa vurur. Tələbəlik illərində o, hətta ABŞ-ın keçmiş prezidenti Bill Klintonla da görüşüb.

Biraz zaman keçdikdən sonra İskəndərov, dünyada ilk dəfə dəmirdən sərt və davamlı ”G10” materialından hazırlanan qoruyucu telefon üzlüklərinin proyektini verən və istehsalını başladan şəxs oldu. O, həmçinin “Linen Micarta” şirkətinin həmtəsisçisidir.

Onun artıq 10 ildir ki, gülləyə belə davamlı olan titan adlı metaldan istehsal etdiyi üzlüklər mobil cihazları müxtəlif zərbələrdən və zərərli radio dalğalardan qoruyur.

Yaşadığı şəhərdə türk mədəniyyət mərkəzinin üzvü olan, orada ölkəmizin təbliğatı ilə məşğul olan Xaliq Novruz bayramı, xüsusi ilə Xocalı soyqırımı ilə bağlı tədbirlərin keçirilməsində fəallıq göstərir. Həmçinin, kamança, tar və saz kimi alətlərdə ifa etmə qabiliyyəti olan İskəndərov, milli musiqimiz ilə ətrafdakıları heyran edir.