Dərzi peşəsi üzrə hazırlıq kursunda Sumqayıt sakinləri də iştirak edə biləcək

Total
0
Shares
Foto dma.gov.az
Foto dma.gov.az

Dövlət Məşğulluq Agentliyi ilə Bakı Tikiş Evinin əməkdaşlıq çərçivəsində təşkil etdiyi dərzi peşəsi üzrə hazırlıq kursuna Sumqayıt sakinləridə qoşula bilərlər. Kursa qoşulmaq istəyənlər qeydiyyat üçün müvafiq Ərazi Məşğulluq Filiallarına və ya DOST mərkəzlərinə müraciət edə bilərlər.

Kurs iki ay müddətində davam edəcək və iştirakçılar hər ay təqaüd alacaqlar. Təlimlər bitəndə imtahanda uğur qazanan namizədlər peşə sertifikatı alaraq Bakı Tikiş Evində müvafiq işlə təmin olunacaqlar.

Dərzi peşəsi üzrə hazırlıq kursunun 15 nəfərdən ibarət ilk qrupu üçün Bakı Peşə Hazırlıq Mərkəzində təlimlər artıq başlanılıb.