Sumqayıtda iki nəfər bıçaqlaşıb. Sumqayıt24 bu haqda 7 noyabr tarixində Report.az-a istinadən xəbər verir.
Hadisə “Daş bazarı” adlanan ərazidə qeydə alınıb. Belə ki, 48 yaşlı Teymur Mustafayev və 33 yaşlı Emin Qədimov bir-birinə bıçaq xəsarətləri yetiriblər. Faktla bağlı araşdırma aparılır.