“Dayanacağın adı var, özü yoxdur”

Total
0
Shares
Sumqayıtın mərkəz hissəsində sakinlər marşrut avtobusunu gözləyərkən çətinlik çəkirlər
Foto Sumqayıt24

Sumqayıtın mərkəz hissəsində sakinlər marşrut avtobusunu gözləyərkən çətinlik çəkirlər. Bu haqda 16 noyabr tarixində Sumqayıt24 xəbər verir.

Söhbət 522 nomrəli müntəzəm avtobus xətləri üçün nəzərdə tutulan son dayanacaq məntəqəsindən gedir. Uzun müddətdir “Karvan” ticarət mərkəzinin yanında dayanacaq üçün xüsusi ayrılmış yer var, lakin pavilyon qoyulmayıb.

“Avtobuslar gec-gec işləyir. Dayanacağın adı var, özü yoxdur. Havalar soyuyur. Marşrut gözləyərkən üşüyürük. Ərazidə, həmçinin tamet daşları da dağınıq vəziyyətdədir”, – deyə şikayətçilər bildiriblər.