41 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı Hicran Hüseynova sakinləri qəbul edib. Sumqayıt24 bu haqda 26 may tarixində xəbər verir.
Vətəndaş qəbulu Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının inzibati binasında baş tutub. Deputat sakinlərin müraciətlərini dinləyib. Vətəndaşlar, əsasən, ailə-məişət, işlə təminat, əmək təqaüdləri, sosial məsələlərlə bağlı müraciət ediblər.
Görüşdə bəzi məsələlər yerində həll edilib, digər müraciətlərin araşdırılması üçün aidiyyəti orqanlara sorğular göndərilib.