“Elmar” marketində nöqsanlar tapılıb

Total
0
Shares
“Elmar” marketində nöqsanlar tapılıb
Foto açıq mənbələrdən

Qida təhlükəsizliyi müfəttişləri Sumqayıt şəhərində yerləşən ticarət obyektlərində monitorinq keçiriblər. Bu haqda 25 iyul tarixində Sumqayıt24 AQTA-ya istinadən məlumat verir.

Yoxlama zamanı şəhərin 12-ci mikrorayonunda, Koroğlu prospekti, ev 656 ünvanında yerləşən “Elmar” marketində Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı nöqsan tapılıb.

Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.