Sumqayıtlı şahmatçının iştiraki ilə keçirilən Çempionlar Turunun final mərhələsi çərçivəsində keçirilən VI-cı turun nəticələri bəlli olub.
Bu görüşdə Məmmədyarov ABŞ təmsilçisi ilə üz-üzə gəlib. Oyun 3:4 hesabı ilə Hikaru Nakamuranın xeyirinə bitib.
Həmçinin, bu turda Azərbaycanın digər təmsilçisi Teymur Rəcəbov 3:1 hesabı ilə ABŞ təmsilçisi Uesli Sonu məğlub edib.
2 oktyabr tarixində keçiriləcək VII-ci turda Məmmədyarov Giri ilə qarşılaşacaq.