FHN çimərlikdə istirahət edən vətəndaşları təhlükəsizlik qaydaları mövzusunda maarifləndirib

Total
0
Shares
FHN-in Sumqayıt Regional Mərkəzi Xəzər dənizinin Sumqayıt şəhəri və Corat qəsəbəsi sahillərində maarifləndirmə tədbirləri keçirib
Foto Fövqəladə Hallar Nazirliyi

FHN-in Sumqayıt Regional Mərkəzi Xəzər dənizinin Sumqayıt şəhəri və Corat qəsəbəsi sahillərində maarifləndirmə tədbirləri keçirib. Bu haqda 22 iyul tarixində Sumqayıt24 Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.

Çimərlik mövsümü ilə əlaqədar FHN-in xilasetmə məntəqələrinin əməkdaşları istirahət edən vətəndaşlara təhlükəsizlik qaydaları barədə ətraflı məlumat veriblər.

Həmçinin sakinlərə mövzuya dair buklet və müxtəlif xarakterli təbliğat materialları paylanılıb.