FHN Corat və H.Z.Tağıyev qəsəbələrində reyd keçirib

Total
0
Shares
Foto fhn.gov.az
Foto fhn.gov.az

Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Sumqayıt şəhərinin Corat və H.Z.Tağıyev qəsəbələrinin Xəzər dənizi ərazisində reyd keçirib. Bu barədə bu gün, 14 dekabr tarixində FHN-nin mətbuat xidməti məlumat yayıb.

Reydi keçirməkdə məqsəd gəmiçilərin təhlükəsizlik qaydalarına riayət olunmasını yoxlamaq idi. Bu zaman 9 asma mühərrikli qayıq saxlanılaraq onların texniki və qeydiyyat sənədləri, sürücülük vəsiqəsi, təchizat və xilasetmə vasitələri yoxlanılıb. Nəticədə, 4 gəmiçinin qaydaları pozduğu müəyyən olunub və onlar barədə protokol tərtib edilib.

Reyd həmçinin, Novxanı və Xızı rayonunun Şuraabad yaşayış məntəqələrinin ərazisində də keçirilib.