Gənclər və İdman Naziri Rafael Ağayevlə görüşüb

Total
0
Shares
Foto mys.gov.az
Foto mys.gov.az

1 dekabr tarixində Gənclər və İdman Naziri Fərid Qayıbov dünya çempionatında uğurla çıxış etmiş karateçilərlə görüşüb. Bu barədə nazirlik məlumat yayıb.

Görüşdə dünya üçüncüləri sumqayıtlı Rafael Ağayev, Asiman Qurbanlı, Tural Ağalarzadə, Turqut Həsənov, Pənah Abdullayev, Tural Ələkbərli, Rafiz Həsənovdan ibarət komanda, para-karateçilər Emiliya Mitilinova, Eldar Əhmədov, və dünya çempionu İrina Zaretska iştirak ediblər.

Nazir həmçinin kişilərdən ibarət kumite yığma komandanın baş məşqçisi Qurban Tağıyev, qadınlardan ibarət kumite yığma komandanın baş məşqçisi Denis Morozov, federasiyanın baş hakimi Cahangir Babayev, para-karate üzrə yığma komandanın baş məşqçisi Rənad Əliyevlə də görüşüb.