Sumqayıtlı gənc təhsilini İsveçdə davam etdirəcək. Sumqayıt24 bu haqda 24 iyul tarixində “Azərbaycan Universitetləri” Facebook səhifəsinə istinadən xəbər verir.
UNEC-in ISE məzunu Günel Əliyeva Lund University-də “Data Analytics and Business Economics” üzrə magistr təhsili alacaq. Bütün xərclər “Swedish Institute Scholarships for Global Professionals” tərəfindən qarşılanacaq.
Qeyd edək ki, Təbiət Elmləri Təmayüllü Gimnaziyanın yetirməsi olan Günel dünya üzrə 9843 müraciətçi arasından seçilən 299, Azərbaycan üzrə isə 11 nəfərdən biridir.