Sumqayıt cüdoçusu beynəlxalq turnirdə ölkəmizi təmsil edib. Bu haqda 26 iyul tarixində Sumqayıt24 Cüdo Federasiyasına istinadən məlumat verir.
Sloveniyanın Maribor şəhərində Gənclərin Avropa Yay Olimpiya Festivalı keçirilib. Yarışda 50 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Nihad Məmişov bürünc medal qazanıb.
N. Məmişovun məşqçisi Azərbaycan Respublikasının Əməkdar məşqçisi İlham Məmmədovdur.