Sumqayıtda gənclər üçün “Yuxu” antikafesi fəaliyyət göstərir. Sumqayıt24 bu haqda 26 iyul tarixində xəbər verir.
Gənclərimizin həm əylənə, həm də öyrənə biləcəyi məkan Corat qəsəbəsində, Xəzərin sahilində yerləşir. “Yuxu” 28 may 2022-ci il tarixində açılıb. Burada gündəlik xidmətdən əlavə, müxtəlif musiqili proqramlar, qeyri-formal mühitdə öyrənmə metodları tətbiq edilir.
Antikafedə gənclər 30-dan artıq müxtəlif masaüstü oyun, tennis və videooyunlar oynaya, yarışlara qatıla, səmimi mühit və gözəl dəniz mənzərəsindən həzz ala bilərlər.
Qeyd edək ki, “Yuxu” antikafesi Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi ilə əməkdaşlığa başlayır. Tezliklə bu məkanda maraqlı layihələrin icrası planlaşdırılır.
Əlaqə: (051) 577-72-28 (Rezervasiya mütləqdir).