“Günəşim” kukla teatrı təcrübə proqramına start verir. Bu haqda 24 iyul tarixində Sumqayıt24 məlumat verir.
Peşəkar mütəxəssislər tərəfindən 3 aylıq müddət ərzində aktyor sənətinin sirləri, səhnə hərəkəti, nitq mədəniyyəti, yeni biliklərə yiyələnmək mümkündür.
Təcrübənin sonunda hər iştirakçı sertifikatla təltif ediləcək. Proqramı uğurla bitirənlər “Günəşim” kukla teatrında işləmək şansı qazanacaqlar.
Ətraflı məlumat və qeydiyyat üçün (077) 767 12 72 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.