Şəhərimizi təmsil edən mini futbol komandası növbəti rəqibini məğlub edib

Total
0
Shares
Foto Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi.
Foto Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi.

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin (GİBİ) mini futbol komandası növbəti rəqibinə qalib gəlibi. Bu haqda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi İnstagram səhifəsində məlumat paylaşılıb.

Nazirliyinin həvəskarlar arasında “Unutma, YAŞAT!” şüarı ilə təşkil etdiyi turnirin IV turunda şəhərimizi təmsil edən komanda bu səfər Gəncə GİBİ ilə qarşılaşıb. Oyun komandamızın 4-3 hesablı qələbəsi ilə yekunlaşıb.

Bundan əvvəl, futbolçularımızın Qaradağ GİBİ-ni məğlub etməsindən yazmışdıq.