H.Z. Tağıyev qəsəbəsində baxımsız qalan uşaq meydançası

Total
0
Shares
H.Z. Tağıyev qəsəbəsində uşaq meydançası yararsız vəziyyətdədir
Foto Sumqayıt24

H.Z. Tağıyev qəsəbəsində uşaq meydançası yararsız vəziyyətdədir. Sumqayıt24 bu haqda 26 may tarixində xəbər verir.

Bu hal qəsəbənin Azadlıq küçəsində müşahidə olunur. Oyun meydançasında bəzi yelləncək və sürüşkənlər sıradan çıxıb. Bir neçə oturacaq qırılıb. Həmçinin uşaqların təhlükəsizliyi üçün yumşaq döşəmə mövcud deyil.

Meydançada, hətta işıq dirəkləri quraşdırılmayıb. Ərazi küçə fənərləri ilə işıqlandırılır.