“Xəzər bağları”nın Həmrəylik küçəsində yollar keçilməzdir. Sumqayıt24 bu haqda 6 noyabr tarixində xəbər verir.
Yaşayış massivinin sözügedən hissəsi yayda toz-duman, qışda yağış və qar yağan zaman isə palçıqla örtülür. Yerli sakinlər deyirlər ki, taksi və təcili tibbi yardım maşınları küçəyə gəlməkdən imtina edirlər.
Xatırladaq ki, Sumqayıt Bələdiyyəsi tam 1 il öncə həmin yolun təmir ediləcəyini bildirmişdi.