Həmşəhərlimiz çanta oğurluğunda şübhəlidir

Total
0
Shares
Sumqayıt şəhər sakini A. Şirinov saxlanılıb
Envato

Sumqayıt şəhər sakini A. Şirinov saxlanılıb. Sumqayıt24 bu haqda 21 noyabr tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.

Noyabrın 20-də Biləcəri qəsəbəsi ərazisində bir nəfərin içərisində qızıl-zinət əşyaları və sənəd olan çantası oğurlanıb. Sumqayıt sakini Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşları tərəfindən şübhəli qismində tutulub.

Araşdırma aparılır.