Həmşəhərlimiz oğurlanmış 1482 manata görə tutulub

Total
0
Shares
Sumqayıt sakini oğurluqda şübhəli bilinir
Depositphotos

Sumqayıt sakini oğurluqda şübhəli bilinir. Sumqayıt24 bu haqda 10 noyabr tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.

Müxtəlif vaxtlarda 3 nəfərin bank kartlarından hesablarındakı ümumilikdə 1482 manat pul oğurlanıb. Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şübhəli qismində həmşəhərlimiz Cabir Əsgərov saxlanılıb.

Araşdırma aparılır.