Sumqayıtda şəhərin əsas giriş hissəsində antisanitariya vəziyyəti hökm sürür. Sumqayıt24 bu haqda 25 may tarixində xəbər verir.
Bu hal Sülh küçəsində, Mərkəzi Bankın Sumqayıt Ehtiyat Mərkəzinin yaxınlığında müşahidə olunur. Yol kənarındakı hasarın arxa hissəsində zibilxanaya çevrilmiş arx mövcuddur. Ətrafa üfunət yayılır.
Sakinlərin sözlərinə görə, ərazi kolluq olduğu üçün burada ilanlara rast gəlinir. Dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, məsələyə baxan olmayıb.