Şəhid ailələri və qazilərin problemlərini həll etmək üçün mərkəz yaradılıb

Total
0
Shares
Foto açıq mənbələrdən
Foto açıq mənbələrdən

Şəhid ailələri və qazilərin problemlərinin həllinə dəstək olmaq məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi yaradılıb. Sərəncam İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən imzalanıb.

Əlaqələndirmə Mərkəzinin yaradılma səbəbi Sumqayıt və onun qəsəbələri ərazisində qeydiyyatda olan şəhid ailələrinin və qazilərin məşğulluğunu təmin etmək, onların sosial problemlərini aradan qaldırmaqdır. Həmçinin, mərkəz məşğulluqla bağlı tədbirlərin icrasını təmin edəcək, işsiz əhalidən daxil olan məlumatlar əsasında təkliflərin işlənib hazırlanması və zəruri tədbirlərin həyata keçirilməsini təşkil edəcək.