Şəhid atasının müraciəti “Azəriqaz” tərəfindən həll olundu

Total
0
Shares
Foto Azeriqaz FB
Foto Azeriqaz FB

“Azəriqaz” İstehsalat Birliyi şəhid atası Mərdan Allahverdiyevın müraciətinə xüsusi diqqət göstərib. Bu haqda Azəriqaz İB-nin rəsmi Facebook səhifəsində məlumat paylaşılıb.

Mərdan Sumqayıtda öz həyət evinin qarşısında şəhid oğlunun şəkil lövhəsini quraşdırmaq istəyib, lakin buradan keçən qaz xətti bu işə mane olub. Bu səbəbdən o, Sumqayıt qaz istismarı sahəsinə müraciət edib. Qurumun əməkdaşları müraciəti təmin olunması məqsədilə qaz xəttini yerini dəyişdirib, xətti daha yuxarıdan çəkiblər.

Həmçinin, birinci Qarabağ müharibəsinin iştirakçısı qazi Qurban Məmmədovun da müraciəti həll edilib. Müraciət əsasında həyətyanı sahədən keçən qaz xətti çölə çıxarılıb.