Şəhid Eltun Əliyev: şəhidlik zirvəsinə uçalmasından bir il ötür

Total
0
Shares
Foto memorial.az
Foto memorial.az

44 günlük Vətən müharibəsində şəhid olan əsgərlərimizdən biri də Əliyev Eltun Elnur oğludur. O, 29 avqust 2001-ci ildə Sumqayıt şəhərində anadan olub.

Anasının sözlərinə görə, Eltun uşaqlıqdan zəhmətkeş olub, demək olar ki, ailəni o dolandırırdı. Hətta indi yaşadıqları evi də anası ilə Eltun birgə alıblar. Şəhidimizin ən böyük arzusu yaşadıqları evi boyütmək idi. “Mənə dedi ki, sağ-salamat qayıdım, o balaca evimizi qardaşım və mən işləyib böyüdəcəyik” – şəhid anası Rima Əliyeva.

Eltun Sumqayıt şəhər 24 saylı orta məktəbdə təhsil alıb. Məzun olduqdan sonra, 2019-cu ildə hərbi xidmətə yollanıb. Tərtər yaxınlığında yerləşən hərbi hissədə, ön xətdə, baş atıcı olaraq xidmət edib. Sentyabrın 27-də İkinci Qarabağ müharibəsinə qatılıb, Füzuli, Cəbrayıl və Suqovuşanda vuruşub. Döyüş yoldaşları, Eltunun döyüşlərdə böyük cəsarət, qəhrəmanlıq göstərdiyini deyiblər.

19 yaşlı Eltun Əliyev 2020-ci il oktyabrın 16-da Suqovuşanda şəhidlik zirvəsinə yüksəlib. Oktyabrın 23-də Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin.