Bu gün, 28 oktyabr tarixində Sumqayıt Şəhidlər xiyabanında dəfn olunmuş 30 yaşlı şəhid gizir Xəqani Əliyevin anım günüdür.
10 saylı Sumqayıt şəhər Peşə Liseyini bitirən Xəqani, 2011-ci ildə Daxili Qoşunlarda xidmətə başlayıb. 2 il sonra ehtiyata buraxılan şəhidimiz 2015-ci ildə N saylı hərbi hissədə kəşfiyyat taqımının komandirinin müavini kimi xidmətə başlayıb.
“Vətən müharibəsi” zamanı gizir Əliyev Suqovuşanın azadlığı uğrunda aparılan döyüşlərdə vuruşub və Ağdərə istiqamətində şəhidlik zirvəsinə icalıb.
O, ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.