Düşmən general və polkovniki öldürən sumqayıtlı şəhidin anası dövlət tərəfindən işlə təmin olunub. Bu haqda Sumqayıt24 Milli Məclisin rəsmi saytına istinadən xəbər verir.
Vətən müharibəsinin birinci ildönümü ərəfəsində Milli Məclisin sədri Sahibə Qafarovanın əmri ilə general-mayor Polad Həşimovun qisasını alan əsgər Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadə Milli Məclisdə dövlət qulluğuna qəbul edilərək işlə təmin olunub.
19 yaşında şəhidlik zirvəsinə ucalan qəhrəmanımız ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.