Bu gün, 25 sentyabr tarixində şahmatçımız Şəhriyar Məmmədyarov “Champions Chess Tour” yarışının final mərhələsində mübarizəyə başlayacaq.
Final mərhələsinin birinci turunda Sumqayıtlı qrossmeyster Amerikanı təmsil edən Filippin əsilli şahmatçı Uesli So ilə qarşı-qarşıya gələcək. Qalibin müəyyənləşmədiyi halda blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.
Həmçinin, sözügedən yarışda Levon Aronyan (Ermənistan), Uesli So və Hikaru Nakamura (hər ikisi ABŞ), Aniş Giri (Hollandiya), Yan Kşiştov Duda (Polşa), Vladislav Artemiyev ( Rusiya), Maksim Vaşye-Laqrav (Fransa) və dünya çempionu Maqnus Karlsendə (Norveç) mübarizə aparır.