Şəhriyar Məmmədyarov dünyanın ən prestijli şahmat turnirlərindən birinə qatılır

Total
0
Shares
Tata Steel Chess FB
Tata Steel Chess FB

Şəhriyar Məmmədyarov dünyanın ən mötəbər şahmat turnirlərindən birində iştirak edəcək.

Belə ki, Niderlandda baş tutacaq Veyk-an Zee şahmat festivalının (“Tata Stell Chess-2022”) iştirakçılarının yekun siyahısı təstiqləndi. Siyahıda 13 idmançı yer alıb və onların arasında sumqayıtlı qrossmeysterimizin də adı var.

İştirakçıların siyahısını təqdim edirik:

  1. Şəhriyar Məmmədyarov (Azərbaycan)
  2. Maqnus Karlsen (Norveç)
  3. Fabiano Karuana (ABŞ)
  4. Sem Şenkland (ABŞ)
  5. Aniş Giri (Niderland)
  6. Jorden Van Forrest (Niderland)
  7. Sergey Karyakin (Rusiya)
  8. Andrey Yesipenko (Rusiya)
  9. Daniil Dubov (Rusiya)
  10. Rixard Rapport (Macarıstan)
  11. Yan-Kşiştof Duda (Polşa)
  12. Nils Qrandelius (İsveç)
  13. Rameşbabu Praggnanandha (Hindistan)

Qeyd edək ki, turnir 14-30 yanvar tarixlərində keçiriləcək.