Şəhriyar Məmmədyarovun növbəti rəqibləri bəlli oldu

Total
0
Shares
Foto Tata Steel Chess FB
Foto Tata Steel Chess FB

Şəhriyar Məmmədyarovun qatılacağı “Tata Steel Chess” turnirinindəki rəqibləri bəlli oldu. Bu haqda turnirin rəsmi saytına istinadən xəbər veririk.

Niderlandın Veyk-An-Zee şəhərində təşkil olunacaq yarışda ümumilikdə 14 şahmatçı iştirak edəcək. Burada sumqayıtlı “şahmat ustası”nın rəqibləri Maqnus Karlsen (Norveç), Fabiano Karuana, Samuel Şenklend (hər ikisi ABŞ), Yan-Kşiştof Duda (Polşa), Sergey Karyakin, Andrey Yesipenko, Daniil Dubov (hamısı Rusiya), Rixard Rapport (Macarıstan), Rameşbabu Praqnanandxa, Vidit Santoş Qudjarati (hər ikisi Hindistan), Aniş Giri, Yorden Van Forest (hər ikisi Niderland) və Nils Qrandelius (İsveç) olacaq.

Qeyd edək ki, turnir yanvarın 14-dən 30-da dək keçiriləcək.