“I Sumqayıt Karyera Sərgisi”: burada vətəndaşlar 30-dan çox şirkətə CV təqdim edə bilərlər

Total
0
Shares
Foto Sumqayıt Gənclər Evinin Facebook səhifəsindən
Foto Sumqayıt Gənclər Evinin Facebook səhifəsindən

Sumqayıtda Heydər Əliyev Mərkəzində “I Sumqayıt Karyera Sərgisi” keçiriləcək. Bu haqda şəhərin Gənclər evi məlumat yayıb.

Tədbir, 18-19 dekabr tarixlərində İcra Hakimiyyətinin təşəbbüsü, Sumqayıt Gənclər evi və “Palıd” Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə baş tutacaq. Burada iştirakı planlaşdırılan 30-dan artıq şirkət öz vakansiyaları və təcrübə proqramlarını sərgiləyəcək.

Qeyd edək ki, iştirak etmək istəyən vətəndaşlar öz CV-ləri ilə sərgidə iştirak edən şirkətlərə müraciət edə biləcəklər.