Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin rəisi Natiq Abbasov gənc idmançılarla görüşüb. Sumqayıt24 bu haqda 24 iyul tarixində xəbər verir.
O, Sumqayıt şəhərində yerləşən Qubadlı şəhər 1 saylı məktəbin idman zalında olub, yunan-Roma güləşi üzrə məşq prosesini yaxından izləyib. Əməkdar məşqçilər Bahadur Həziyev və Sədi Quliyev rəisə nailiyyətlərdən danışıblar.
Sonda qarşıda duran vəzifələr və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb.