Sumqayıt cüdoçuları “Raquf Orucov Kuboku” beynəlxalq turnirində fərqləniblər. Sumqayıt24 bu haqda 18 noyabr tarixində xəbər verir.
Yarış əfsanəvi kəşfiyyatçı, Aprel döyüşlərinin şəhid polkovnik-leytenantı Raquf Orucov və digər şəhidlərimizə həsr olunub. 20 yaşadək gənclərin mübarizəsində Sumqayıt şəhərinin iki təmsilçisi Nihad Şıxəlizadə (100 kq) və Süleyman Şükürov (81 kq) qızıl medal qazanıblar.