Novxanı və Saray qəsəbələrində iki koronavirus xəstəsi aşkar edilib. Bu haqda bu gün, 13 dekabr tarixində Daxili İşlər Nazirliyi məlumat yayıb.
Keçirilən tədbirlər zamanı İlqar Hacıyev və Sənan Adıgözəlov işə getmək istəyərkən saxlanılıblar. Onlar ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadıqları evi tərk ediblər. Vətəndaşlarla profilaktik söhbətlər aparıblar və onlar yaşadıqları evə qaytarılıblar.
Hər iki faktla bağlı araşdırma davam etdirilir.
Daha öncə, sözügedən xəstəliklə 523 saylı avobus xəttinin sürücüsü saxlanılmışdır.