Kanalizasiya gölündən təngə gələn “Stansiya Sumqayıt”ın sakinləri

Total
0
Shares
Sumqayıtda yaşayış massivinin sakinləri kanalizasiya sisteminin olmamasından çətinlik çəkirlər
Foto Sumqayıt24

Sumqayıtda yaşayış massivinin sakinləri kanalizasiya sisteminin olmamasından çətinlik çəkirlər. Bu haqda 27 fevral tarixində Sumqayıt24-ə izləyicilərdən məlumat daxil olub.

Bu hal Stansiya Sumqayıt və Dəmiryolun un yük həyəti rayonunda müşahidə olunur. Kanalizasiya infrastrukturu olmadığından qəsəbənin giriş hissəsində böyük bir ərazidə göl əmələ gəlib.

“60 hektar əraziyə malik yaşayış massivi 2013-cü ildə salınıb. İllərdir kanalizasiya dərdimizi İcra Hakimiyyəti və “Azərsu”ya çatdırmaqdan təngə gəlmişik. Qəsəbə xəstəlik zonasına çevrilib. Bilmirik çətinliyimizi kimə söyləyək”, – deyə sakinlər bildiriblər.