Karate dünyasının “brilliantı” hesab edilən və əslən Sumqayıtdan olan Rafael Ağayev avqustun 6-da Tokio Olimpiya оyunlarında Azərbaycanı təmsil edəcək.
Rafael Ağayev 2009-cu ildə Azərbaycanda Əməkdar İdman Ustası adını alıb. O, 5 dəfə dünya, 11 dəfə Avropa çempionudur.
23 iyulda start götürmüş Tokio 2020 olimpiya oyunlarında Azərbaycan 44 idmançı ilə təmsil olunur. Azərbaycan karateçiləri də XXXII Yay Olimpiya Oyunlarında iştirak edəcəklər. Olimpiada proqramına ilk dəfə daxil olan karate yarışları 6 çəki dərəcəsində (3 kişi və 3 qadın) kata və komite çıxışlarından ibarət olacaq. 2 qrupa bölünmüş 10 idmançı hər çəki və kata nümayişi ilə çıxış edəcək.