Keçmiş məhbus paytaxtda 8 min manatlıq oğurluq etməkdə şübhəli bilinir

Total
0
Shares
Sumqayıt sakini oğurluq əməlləri törəməkdə şübhəli bilinir
Depositphotos

Sumqayıt sakini oğurluq əməlləri törəməkdə şübhəli bilinir. Bu haqda 21 iyul tarixində Sumqayıt24 Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.

Hadisə Bakı şəhəri, Səbail rayonunda qeydə alınıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Nizami Ağayev saxlanılıb.

O, iyulun 11-dən 19-dək olan müddətdə 5 avtomobildən içərilərində ümumilikdə 500 manat və 4350 ABŞ dollarından çox vəsait olan pulqabı və çantalar oğurlamaqda şübhəli bilinir.

Fakt araşdırılır.