Keçmiş məhbusda marixuana tapılıb

Total
0
Shares
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları əməliyyat keçiriblər
Depositphotos

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları əməliyyat keçiriblər. Bu haqda 16 noyabr tarixində Sumqayıt24 Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumat verir.

Aparılan tədbir zamanı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş İlqar Baxşıyev saxlanılıb. Ondan 415 qram marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.